Millət vəkili qazaxlı həmkarlarına Qarabağ problemindən danışıb

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Fransada Qazaxıstan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan Qazaxıstanla bütün istiqamətlər və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasını sevindirici hadisə olaraq qiymətləndirib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00