Azay Quliyev ATƏT PA-da müavin seçildi

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında komitənin səlahiyyətli nümayəndələri seçilib. "Olaylar" xəbər verir ki, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev yenidən komitənin sədr müavini seçilib. Qeyd edək ki, A.Quliyev komitənin sədr müavinliyi vəzifəsinə yeganə namizəd olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00