Rusiyadan ATƏT-ə şikayət
ATƏT PA-nın iclasında bəzi məlumatların yayılmasına etiraz edildi
1 İyul 2014 15:10 SiyasətBakıda ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyasının növbəti günü Rusiyanın şikayəti ilə yadda qalıb. İclasda iştirak edən rusiyalı nümayəndə Oleq Puşkov Rusiya ilə bağlı bəzi məlumatların yayılmasına etiraz edib. "Burada yalandan ATƏT-in adından məlumatlar yayılır. Belə məlumatların yayılması qadağandır. ATƏT-in rəhbərliyi bunu nəzərə almalıdır. Bu bir ictimai tədbirdir. Ukrayna və Rusiya ilə bağlı ciddi məlumatlar bu zalda yayılmamalıdır". İclasın aparıcısı millət vəkili Azay Quliyev isə rusiyalı nümayəndənin etirazını araşdıracaqlarını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00