“Dövlət başçısı Avropa parlamentarilərini və düşmən ölkə rəhbərliyini tutarlı arqumentlər qarşısında qoydu”

Ceyhun Ələkbərov: “Ən vacib məqam isə Qarabağ münaqişəsi barədə Prezidentin çıxışı və verilən suallara qətiyyətli cavabları idi”

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edib və AŞPA-nın deputatlarının suallarını cavablandırıb. Dövlət başçısının düşmən ölkənin atəşkəsi pozması və hələ də sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlı məntiqli fikirləri ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanmış və ekspertlər tərəfindən yüksək qiymətləndirib.
"Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədriCeyhun Ələkbərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı, həmişə olduğu kimi bir daha məntiq və məzmun cəhətdən uğurlu alındı. Onun sözlərinə görə, Prezidentin Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, suallara dəqiq, səlis, analitik mühakimə qabiliyyətli, diplomatik normalara tam uyğun cavabları həqiqətən təqdirəlayiqdir: "Bu, bir daha ölkə rəhbərinin dəmir iradəyə, prinsipiallığa, sistemli təhlil qabiliyyətinə malik olmasını ortaya qoydu. İstər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması, istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısının çıxışı düşündürücü idi. Əminəm ki, bir sıra Avropa parlamentariləri dövlət başçısının onlara verdiyi bu informasiyada olan doğru paralelləri və məntiqi izahı görməyə bilməzdilər. Çünki onların çoxu Azərbaycana səfərləri zamanı bu inkişafı əyani olaraq görüb və qiymətləndirib.
Ən vacib məqam isə hər zaman olduğu kimi, xalqımızın hələ də həll olunmayan problemi sayılan Qarabağ münaqişəsi barədə Prezidentin çıxışı və verilən suallara qətiyyətli cavabları idi. Dövlət başçısı bir daha həm Avropa parlamentarilərini, həm də düşmən ölkə rəhbərliyini tutarlı arqumentlər qarşısında qoydu. O, həm dünya birliyinin ikili standartları probleminə toxundu, həm də Ermənistanı işğalçı dövlət olmaqda ciddi ittiham etdi. O, Sarkisyan rejimini suçlayaraq bu günə qədər təmas xəttində sakitliyin bərqərar olmamasının günahkarlarının məhz onlar olduğunu bildirdi və Avropanın üst qurumlarını bu həyasızlığa biganə qalmamağa çağırdı".
Ceyhun Ələkbərov ki, eyni müsbət fikirləri iyunun 26-da keçirilən irimiqyaslı hərbi təlimlərdə dövlət başçımızın çıxışı barədə də vurğulamaq olar: "Cənab Prezident çıxışında qeyd etdi ki, biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.
Fikrimizcə, düşmən dövlət Prezident İlham Əliyevin hər dəfə onlara qarşı səsləndirdiyi bu ağır ittihamlardan nəticə çıxarmalı və nə qədər ki, gec deyil Azərbaycan torpaqlarını tərk etməlidirlər. Əks halda Azərbaycanın hazırki hərbi durumu Ermənistana da onun havadarlarına da yaxşı bəllidir. Müharibə olarsa, bunun nə ilə nəticələnəcəyi onlara agah olmalıdır. Beləliklə, bütün parametrlər baxımından cəsarətli və məntiqli çıxış edən ölkə rəhbəri bu dəfə də Qarabağ problemini başlıca məsələ kimi gündəmə gətirdi. Bu amil bir daha ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursunun Prezidentimiz İlham Əliyev tərəfindən ugurla həyata keçirilməsini sübut etdi. Son zamanlar Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və cənab Prezidentimizin qətiyyətli addımları bunu deməyə əsas verir ki, yaxın bir zamanda Qarabağ problemi öz həllini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00