Erməni deputat Azərbaycana qarşı çağırış etdi

"Sərhəddə yaşayan ermənilərin yanında olmaq istəyirik"

Ermənistan parlamentinin deputatları Azərbaycan sərhədinə gəlir.ANS PRESS-in məlumatına görə, deputat Nikol Paşinyan başçılıq etdiyi nümayəndə heyətinin sərhəddə yaşayan ermənilərin yanında olmaq üçün Tavuş vilayətinə gedəcəklərini deyib.

Nikol Paşinyan iddia edir ki, Azərbaycan Silahlı Qüvvələri Tavuş vilayətində tez-tez atəşkəs rejimini pozur.

Qeyd edək ki, Tavuş vilayəti Azərbaycanın Tovuz rayonu ilə həmsərhəddir. Ermənistan silahlı qüvvələri dəfələrlə bu istiqamətdə atəşkəs rejimini pozur. Elə bir neçə gün əvvəl ermənilər Tovuzun Əlibəyli kəndində mülki şəxslərə atəş açmışdı. Nəticədə bir neçə nəfər yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00