Əli Həsənovdan “İrəli”yə irad
27 İyun 2014 23:56 SiyasətAdı nurçuluqda hallanan millət vəkili Ceyhun Osmanlının yaratdığı "İrəli" İctimai Brəli"nin bu günkü toplantısı, həm də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun ciddi iradı ilə yadda qaldı.
irliyində bu gün sədr seçkisi keçirilib. Yeni sədrin ilk açıqlaması sələfinin gördüyü işlərlə maraqlanmadığı barədə oldu. Sədr seçkisindən başqa "İ
ANS TV-nin məlumatına görə, "İrəli" İctimai Birliyinin 4-cü hesabat-seçki konfransında gözlənildiyi kimi, rəhbər dəyişikliyi olub. "İrəli"nin yaradıcılarından millət vəkili Ceyhun Osmanlının iştirak etmədiyi konfransdan əvvəl birliyin sədri Rauf Mardiyev jurnalistlərə namizədliyini irəli sürməyəcəyi barədə açıqlama verdi. Son vaxtlar birliyin ətrafında qalmaqallar səngimir. "İrəli"nin bəzi dini şəbəkələrin, o cümlədən Nurçuların təsiri altında olması müzakirə mövzusu idi. Konfransda bu məsələ diqqət mərkəzində oldu. Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov təşkilatın bundan əvvəlki fəaliyyətilə bağlı iradlarını çatdırdı. Əli Həsənov təşkilat üzvlərinə xalqla əlaqəni kəsməməyi, bəzi şəbəkələrin təsiri altına düşməməyi tövsiyə edib.
Əli Həsənovun sözlərinə görə, irəliyə mütləq getmək lazımdır: "Amma irəliyə getməni təmin edən şəbəkə, o şəbəkələr dəstəklədiyiniz prezidentə qarşı istifadə edə bilər. Ona görə də sizin bir ayağınız irəlidə, bir gözünüz arxada olmalıdır. Arxada dəstəkləyən irəli aparan xalqla birgə olmalısız".
Prezident Administrasiyası rəsmisinin digər iradı çıxışçıların müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adının çəkilməməsilə bağlı oldu. Əli Həsənov deyib ki, bu günkü Azərbaycan dövlətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun ideyaları Azərbaycanın maraqlarına cavab verir və gələcək uğurlarımızın əsasını o qoyub. "İrəli" İctimai Birliyinin sədri Rauf Mardiyev iradlarla razılaşaraq üzr istədi. Rauf Mardiyevin tutduğu posta seçki keçirildi. Səsvermə nəticəsində yeni sədr seçilən Mirhəsən Seyidov fəaliyyət prioritetlərini açıqladı.
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd etdi ki, yeni sədri bundan əvvəl "İrəli" rəhbərliyi hansı işlər gördüyü maralandırmır, yeni sədrin öz istiqamətləri, 7 prioriteti var: "Ən böyük istiqamətələrdən biri Azərbaycanın, Azərbaycan gəncliyinin, realda dövlətçilik, millətçilik, xalq, milli-mənəvi dəyərlərin qorunmasına sadiq qalmasıdır".
Qeyd edək ki, Mirhəsən Seyidov Azərbaycan gənclər təşkilatları milli şurasının sədr müavini, Azərbaycanda Avropa hərəkatının idarə heyətinin üzvüdür.