Ermənilər Azərbaycan Ordusunun zabitini yaralayıblar
27 İyun 2014 19:41 Siyasətİşğalçı Ermənistan Ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti yaralanıb. Hadisə bu gün cəbhənin Qazax istiqamətində qeydə alınıb. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Famil Məlikov yüngül xəsarət alıb. Yaralı zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00