Türkiyə İlham Əliyevin AŞPA-dakı çıxışını yaxından izləyib

Dövlət başçısı Mövlud Çavuşoğlunu qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul edib. Nazir Mövlud Çavuşoğlu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik edib. Mövlud Çavuşoğlu İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini deyib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulanıb, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olunub. Dövlətimizin başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş edib. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00