Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi
27 İyun 2014 16:00 SiyasətMilli Məclisinin iyunun 27-də keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib. Layihə barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, qanun layihəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur. Eyni zamanda sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.