Deputat Kərkük məsələsinin parlament müzakirəsini tələb etdi
27 İyun 2014 15:33 Siyasət"Kərkükdə baş verənlər Milli Məclisdə müzakirə edilsin". Bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı türkmən məsələsini müzakirəyə çıxararkən belə deyib. VHP sədri bildirib ki, hazırda dünyada ikili standartlar davam edir: "İraqda türkmənlərə qarşı təzyiqlər var. Onlar öz torpaqlarında kürd kəndlərinə sığınıblar. Biz bu məsələdə susa bilmərik, onlar bizim bir parçasıdır. Azərbaycan Prezidenti də haqlı olaraq 50 milyonluq azərbaycanlının prezidenti sayır. Hesab edirəm ki, Milli Məclis Kərkük və Mosulda baş verənlərlə bağlı mövqeyini ifadə etməlidir. Biz müharibə etməməliyik, amma bu insanlara yardım etməliyik. Bu insanlar tarixin görmədiyi bir fəlakət içində yaşayırlar". "OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00