Oktay Əsədov: “Azərbaycan xalqı haqlı olaraq öz prezidenti ilə fəxr edir”
27 İyun 2014 15:18 Siyasət"Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz prezidenti ilə fəxr edir". Bunu spiker Oktay Əsədov parlamentin iclasında çıxışı zamanı deyib. Spikerin sözlərinə görə, ölkə başçısı AŞPA-nın sessiya iclasında çıxışında Azərbaycanda həyata keçirilən islahatlar, qarşıda duran problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəyərli fikirlər səsləndirdi. Çıxışdan sonra suallara cavab verən zaman ölkə başçısı Azərbaycanı Avropaya lazımınca təqdim edə bildi. Eyni zamanda Azərbaycanın beynəlxalq birliyin bərabər hüquqlu üzvü olduğunu, eləcə də beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu nümayiş etdirib: "Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. odur ki, gözəl təqdimata görə, bütün millət vəkillərinin adından Prezident İlham Əliyevə təşəkkür edirik".