Elmar Məmmədyarov 30 iyun – 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq

Nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında 30 iyun - 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00