Təsdiqləndi: Ermənilər Xankəndi aeroportunu istifadəyə veriblər

 Ermənilərin Xankəndi aeroportunu istifadəyə vermələri barədə məlumatlar yayılıb. Bir müddət əvvəl məsələ ilə əlaqədar yayılan informasiya İrəvan tərəfindən təkzib olunsa da qondarma "Qarabağ respublikası"nın "Mülki Aviasiya İdarəsi"nin "sədr"i Dmitri Atbaşyan bu barədə yayılan məlumatları təsdiqləyib. Atbaşyan Xankəndi hava limanından uçuşların həyata keçirildiyini qeyd edib: "Lakin hazırki uçuşlar sərnişinlərin daşınması üçün nəzərdə tutulmayıb. Həmin uçuşlar sınaq məqsədi daşıyır və digər işlərlə bağılıdır. Bunların arasına turizm və idman məqsədli uçuşlar da daxildir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00