Cəbhədə erməni əsgəri öldürülüb

Ötən gecə cəbhə xəttində baş vermiş atışmada Ermənistan ordusunun bir hərbçisi məhv edilib. APA-nın "Novosti-Armeniya" saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 24-də gecə saat 22:50-də Qarabağ cəbhəsində baş verib. Cəbhə xəttində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 19 yaşlı Armen Avetsiyan həlak olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00