Ermənilər İlham Əliyevə niyə sual vermədilər?
Dövlət başçısının Avropa Şurasındakı çıxışını diqqətlə oxumaq lazımdır
25 İyun 2014 13:39 SiyasətPrezident İlham Əliyevin Avropa Şurasında çıxışını mükəmməl adlandırmaq olar. Azərbaycan dövlət başçısının antiazərbaycan çıxışlarına qarşı nitqi məntiqi, çox sakit idi. Onlar isə az deyildilər. Görünür Azərbayacan müxalifətinin bəzi nümayəndələrinin və onların xaricdəki dostlarının bu günə təmkinlə hazırlaşırdılar, Azərbaycanın liderini çətin vəziyyətə salmaq, onu mümkün olsa özündən çıxarmaq üçün detallı olaraq plan hazırlanıb. Amma alınmadı. İlham Əliyev sərbəst ingilis dili ilə öz rəqiblərinə layiqli cavab verdi. Hətta sarkazm və yumor hissi ilə. "Siyasi azadlıq olmadan Azərbaycan heç vaxt iqtisadiyyatda belə uğurlu nəticələrə nail ola bilməzdi". Yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, prezidentin çıxışı erməni qonşularımızı, xüsusilə siyasi elitanı çox-çox narahat edib. İrəvanın nümayəndələrini prezidentimizin çıxışı o qədər çaşdırıb ki, ona bir sual belə verə bilməyiblər. Düzdür, sonradan erməni nümayəndə heyətinin rəhbəri bildirdi ki, onlar İlham Əliyevə sual verməməyi əvvəlcədən planlaşdırıblar. Bəs niyə? Əgər sual varsa onu verib cavab almaq lazımdır. Qonşularımız mənə "Qoyun dərisi geyinmiş qurd" nağılının personajını xatırladır. Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək onlar bizə sülh və dostluq şəraitində yaşamağı təklif edirlər. Bunun üçün də onları prezidentimizin Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olması və onun hər nə olursa olsun azad ediləcəyi haqqında əminliyi daha çox narahat edir. Və bir daha İlham Əliyevin Avropa Şurasındakı çıxışı haqqında. Onun haqqında danışmaq mümkün deyil, onu diqqətlə oxumaq lazımdır.