“Düşmən müvəqqəti uğurların eyforiyası ilə yaşamamalıdır”
24 İyun 2014 17:30 Siyasət"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından çox asılıdır. Bunun üçün Siz Silahlı Qüvvələrin sıralarına gənc zabitlər kimi daxil olmaqla Ordumuza yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirməlisiniz". "OLAYLAR"-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri müdafiə naziri Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı səsləndirib: "Düşmən hiss etməlidir ki, Siz hər sahədə, həmişə ondan üstünsünüz, Vətənə sədaqətiniz, Ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz hədsizdir. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir" devizi bizim fəaliyyət proqramımızdır. Düşmən müvəqqəti uğurların eyforiyası ilə yaşamamalı, bugünkü reallıqla, bölgədəki güc-qüvvə balansı ilə hesablaşmalıdır".