“Ermənistanla danışıqlar aparmamalıyıq”

"Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç bir məsələni həll etmir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov yap.org.az saytına müsahibədə səsləndirib. Bildirib ki, danışıqlar Ermənistanı himayə edən dövlətlərlə aparmalıdır: "Ermənistan müstəqil dövlət deyil və öz himayədarlarının sözündən kənara çıxa bilməz". Millət vəkili deyib ki, dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir: "Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi  qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da  bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00