İlham Əliyev görüşlər keçirdi

Dövlət başçısı Fransada işgüzar səfər çərçivəsində rəsmi görüşlər keçirib

Fransada işgüzar səfərdə olan prezident İlham Əliyev Avropa Şurasında rəsmi görüşlər keçirib. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA sədri Ann Brassör və AŞ-nın baş katibi Torbyorn Yaqland ilə görüşüb. Görüşlərdə xarici işlər naziri Elmar Məmmədyarov, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, prezident adminstrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov, AŞPA-nın baş katibi Voyçek Savitski iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00