Qənirə Paşayeva AŞPA-nı İraq türkmanlarına dəstək göstərməyə çağırdı

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasının Parlament Assambleyasının iclasında İraqda Türkmanların yaşadığı faciələr və İŞİD tərəfindən Türkiyə diplomat və mülkü vətəndaşlarının girov götürülməsindən, saxlanılmasından danışıb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili  AŞPA-nı bu məsələlərə duyarsız qalmamağa, təcili addımlar atmağa çağırırb: Türkiyə bizim Assambleyamızın üzvüdür və təşkilatımız Türkiyənin 49 diplomatının və 20-dan çox mülkü vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxalq səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməlidir. Doğrudur İraq Avropa Şurasının üzvü deyil, amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir. İraq Türkmənləri Avropa Şurasını, Parlament Assambleyasını onların həyatlarına duyarsız qalmamağa və yaranmış dəhşətli vəziyyətin düzəlməsi istiqamətində səylərini artırmağa çağırırlar. Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00