Millət vəkili Bəhreynin İnformasiya üzrə Dövlət Naziri ilə görüşüb`

Millət vəkili Qənirə Paşayeva Fransada Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajab ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı Qənirə Paşayeva Azərbaycanla Bəhreyn arasında arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsinin məmnuniyyət yaratdığını deyib. Millət vəkili Bəhreynin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədəətraflı məlumatlar verib. O, Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajabı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00