Ərdoğanla Olland Qarabağı müzakirə ediblər

Münaqişənin həlli istiqamətində görülən işlərdən söhbət açılıb.Fransada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə prezidenti Frasua Ollandla görüşüb. anspress-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi tərəflər arasında əsas müzakirə mövzularından birini təşkil edib. Olland və Ərdoğan Qarabağ konfliktinin həlli istiqamətində görülən işlərdən söhbət açıblar.Liderlər daha sonra Tanap layihəsinin önəmindən də danışıb. Görüş zamanı Ərdoğan və Olland həmçinin, Krım böhranı, Ukrayna, İraq və Suriyadakı mövcud vəziyyətləri müzakirə ediblər.Məlumdur ki, Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil eləmək üçün az öncə təşəbbüslə çıxış edib. Bu məqsədlə regiona son səfəri çərçivəsində o, Bakıda və İrəvanda prezidentləri şəxsən Parisə dəvət edib. Ancaq görüşün nə vaxt, hansı formatda reallaşacağı haqda hələlik heç nə bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00