İki erməni əsgər öldürüldü
Əsgərlərdən biri Qarabağda, digəri Naxçıvanla sərhəddə ölüb
20 İyun 2014 16:57 SiyasətCəbhə xəttində iki erməni əsgəri öldürülüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Əsgərlərdən biri Dağlıq Qarabağda yerləşən erməni hərbi birləşmələrinin postunda 19 iyunda, digəri isə bu gün Naxçıvan-Ermənistan sərhədində öldürülüb. Mətbuat xidməti ölənlərin adlarını hələ ki, açıqlamır. Əsgərlərin əks tərəfdən açılan atəş nəticəsində öldürüldüyü bildirlib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00