Bir sıra hakim vəzifəsindən azad edilib

 Milli Məclisin iyunun 20-də keçirilən iclasında bir sıra hakimlərin vəzifəsindən azad olunması, eyni zamanda hakim təyinatı müzakirə edilib. Bununla bağlı dövlət başçısı İlham Əliyevin təqdimatı barədə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin təqdimatı ilə MM Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edir. Bundan başqa, MM-ə Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə də təqdimat daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00