Ziyafət Əsgərov: “Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün isə məhdudiyyətdir”

NATO Parlament Assambleyasının Rouz-Rout seminarda Azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqiəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub. Bunu deyən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, ikinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub və Z.Əsgərovun sözlərinə görə, bu məsələ də geniş şəkildə müzakirə olub: "Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüququ bir sıra dövlətlərin əlində məşğulliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özlərini məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb". Vitse-spiker bildirdi ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: "Deməli biz bu reallıqla nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00