Fəzail Ağamalı: “Leyla Yunusa “gözün üstə qaşın var deyən” olmadı”

"Hüquq müdafiəçisi" Leyla Yunus yenə də öz ampulasındadır. Bu günə kimi o hələ də layiqli cəzasına çatmayıb". Bunu deyən millət vəkili Fəzail Ağamalının sözlərinə görə, mətbuatdan da bəllidir ki, onun müxtəlif banklarda külli miqdarda vəsaiti var: " Hətta onun vergi verməsi belə məlum deyil. Onun hüquq mühafizə orqanı əməkdaşına qarşı törətdiyi hərəkətlər zamanı qadın və hüquq müdafiəçisi olması ilə bağlı "gözün üstə qaşın var" deyən olmadı. Hüquq-mühafizə orqanları və vergi orqanları heç nədən çəkinməsin və lazımı tədbirlər görsün."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00