“Azərbaycan yalnız bir dəfə atəşkəsi pozacaq”

Ramiz Alıyev: “Onda da erməni dövləti deyilən bir oyuncaq qurum dünyada qalmayacaq”

Bu günlərdə NATO-nun Bakıda keçirilən seminarında iştirak edən "hüquq müdafiəçisi" Leyla Yunus bir daha ermənipərəst mövqeyini ortaya qoyaraq cəbhə xəttində müntəzəm olaraq atəşkəsin pozulmasında erməni tərəfinin heç də günahı olmadığını iddia edib. Seminarda erməni parlamentarilərlə eyni sırada əyləşən Leyla Yunus dolayısıyla atəşkəsin pozulmasında Azərbaycanı günahlandırıb. Məsələyə münasibət bildirən politoloq Ramiz Alıyev deyib ki,  Leyla Yunus hər zaman olduğu kimi yenə də öz məkrli, yaltaq, satqın, riyakar ampluasındadır.  Politoloq hesab edir ki, onun üçün artıq vətən, dövlət, xalq anlayışı qalmayıb: "Ona görə də ondan ölkəmiz üçün müsbət bir söz, fikir gözləyə bilmirəm. Filmlərdə göstərirlər ki, kiminsə beyninə təbabət yolu və müasir texnologiya vasitəsilə təsir edib onun beynini deyişirlər. Ancaq belə olan halda insan şərəfsizcəsinə öz vətənini,  dövlətini, xalqını düşmənə sata bilir.  Hesab edirəm ki, atəşkəsin Azərbaycan ordusu tərəfindən pozulmasını yalnız qanında erməni qanı daşıyan insanlar deyə bilər. Bu başı boşlar anlamır ki, Azərbaycan yalnız bir dəfə atəşkəsi pozacaq. Onda da erməni dövləti deyilən bir oyuncaq qurum dünyada qalmayacaq. Ümumiyyətlə, mən belə düşünürəm ki, Leyla Yunus və onun kimi erməni lobbisinə xidmət edənlərə şərait yaradılmalıdır ki, onlar üçün doğma olan, terrorçuları dəstəkləyən, insan hüquqlarından söhbət belə getməyən Ermənistana çıxıb getsinlər. O cür insanların ölkəmizdə qalması gələcək nəsillərimiz üçün təhlükə yaradır. Ermənistan onlar üçün belə ideal ölkədirsə gedib orada yaşasınlar. Orada acından öləndə, gündə bir həbsxanaya düşəndə, döyüləndə Azərbaycanın qədrini biləcəklər. Bunun üçün prosedur necədirsə, elə edib ölkəni belə üzdəniraq insanlardan təmizləmək lazımdır". Politoloqun sözlərinə görə, Leyla Yunus bu məsələdə tək deyil və onun kimi erməni lobbisinə xidmət edən bəzi satqınlar da var: "Onlar da Leyla Yunus kimi ölkəyə, dövlətə, xalqa xəyanət etməklə əvəzində erməni lobbisi və digər xarici donorlardan maliyyə vəsaiti alırlar. Ona görə də bu "erməni lobbisinin uşaqları"nın bir söz deyən kimi digər satqınlar hay-həşir qopardırlar ki, "ay beynəlxalq təşkilatlar, qoymayın Azərbaycan dövləti bizim çörəyimizə bais olur". Maraqlı məqamdır ki, hər zaman ölkəmiz üçün narahat olduqlarını deyən bəzi müxalifət nümayəndələri müxtəlif məqamlarda Leyla Yunus və onun kimilərini dəstəklədiyini deyirlər. Adama sual verərlər, onda belə çıxır ki, sənin də erməni lobbisindən heç bir fərqin yoxdur.  Çünki Leyla Yunusu yalnız erməni lobbisi, damarında erməni qanı axıdanlar, Azərbaycanı istəməyənlər dəstəkləyir.  Deməli sən də onlardansan. Onsuz da nə fərqiniz var ki? Azərbaycan üçün eyni insanlarsınız". Ramiz Alıyev bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə də toxunub. Bildirib ki, bu səfərin  erməni mediasında narahatlıqla qarşılanması təbiidir: "Ermənistan hər zaman qısqanc və məkrli siyasət ampuluasına sadiqdir  Sergey Lavrovun ölkəmizə səfərinin Ermənistanı narahat etməsi ondan irəli gəlir ki, Ermənistan hazırda heç də yaxşı vəziyyətdə deyil. Ona görə də bütün səfərlərdən, görüşlərdən narahatlıq keçirir. Ermənistan ictimaiyyəti də artıq tam əmin olub ki, Ermənistan bütün dövlətlər tərəfindən arzuolunmaz ölkəyə çevrilir. Eyni zamanda Ermənistanda iqtisadi gərginlik, Azərbaycanın isə gücünün günü-gündən artması, dünyada nüfuzunun daha da yüksəlməsi buna əsas verən məqamlardan biridir". Politoloqun sözlərinə görə, Rusiyanın XİN rəhbəri Bakıya ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması və qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün gəlib: "Ona görə ki, Rusiya ilə Azərbaycan hər zaman müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq ediblər və bu gün də bu əməkdaşlıq davam edir. Azərbaycan hazırda elə bir gücə və nüfuza malikdir ki, onunla heç bir ölkə əmrlə danışa, şərt qoya bilməz. O ki qaldı ölkəmizin hansısa ittifaqa üzv olmasına bu təbii ki, ölkəmizin maraq və mənafeyinə bağlı olan məsələdir".

 

F.Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00