Qənirə Paşayeva: “Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir”

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutub və Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət evinin qapısından içəri girərkən qəlpə yarası alaraq yaralanıb. "OLAYLAR"-ın xəbərinə görə, xəsarət alan şəxsin dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini deyən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva  həkimlərlə tez-tez əlaqə saxladığını deyib: "Çox şükür ki, həkimlər Ənayət xanımın vəziyyətinin müsbətə doğru getdiyini və sağalacağını, bir neçə günə övladlarının yanına, evinə qayıda biləcəyini deyirlər. Dualarınızı Ənayət xanımdan və bütün ön cəbhə kəndlərinin sakinlərindən, ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizdən əskik etməyin. Hərbiçilərimizlə də danışdım. Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir. Amma təəssüf ki, məhz mülkü insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır. Sakinlər beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyir. İnanmasalar da beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil, ədalətin yanında olun deyə səslənirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00