İranın müdafiə naziri Azərbaycana səfər edəcək

İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: "Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00