Prezidentlər görüşə bilər
İlham Əliyevlə Serj Sarkisyanın görüşü Parisdə keçirilə bilər
17 İyun 2014 18:12 Siyasət"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün tezliklə baş tutacağına ümid edirəm". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Onun sözlərinə görə, prezidentlərin görüşü Fransanın paytaxtı Parisdə keçirilə bilər. "Hələlik görüşün tarixi barədə bir söz demək tezdir. Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində konkret addımlarla bağlı müzakirələrin aparılması üçün ABŞ hər iki ölkənin prezidentlərinin görüşlərinin və danışıqlarının davam etdirilməsini vacib sayır", deyə Morninqstar bildirib. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00