Millət vəkili NATO-nu susqunluqda ittiham etdi

 NATO Parlament Assambleyasınin 86-cı Rouz-Rout seminarı çərçivəsində keçirilən "Cənubi Qafqaz: çağırışlar və imkanlar" mövzusunda keçirilən tədbirinin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" panelində müzakirə zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev NATO-nun transmilli təhdid olan Qarabağ probleminə susqunluğuna etiraz edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili çıxışı zamanı deyib ki, Ermənistan dövləti işğalı əvvəldən planlaşdıran bir dövlət siyasəti yürüdür. Bu siyasəti onlar heç gizlətmirlərdə və qonşu dövlətlərin ərazilərində bir dövlət qurmaq üçün dənizdən dənizə ideyasını ortaya qoyubdurlar. Bu gündə gerblərində qonşu dövlət olan Türkiyənin ərazisinin - Ağrı dağın şəkili var: "Yəni Ermənistan tərəfinin mövqeyi aydındır. Amma məni düşündürən başqa bir məsələdir ki, nəyə görə NATO təsisatı özünün bütün prinsiplərinə zidd olaraq bu məsələdə biganə mövqe tutur və bugünkü gedişatda da göründüyü qədər bu təsisat daha çox məsələləri çiynindən atmaq və tərəflərin üzərində məsələlərin gəzişməsini təmin eləməklə məşğuldur. Hər halda bu məndə belə bir təəssürat yaradıbdır. Çünki mütəmadi olaraq NATO təsisatı öz fəlsəfəsinə uyğun olaraq 49-cu ildə yarananda o şüarla yarandı ki, kommunist rejimləri bir revanjist siyasət yürüdüb bir imperiya qurarlarsa və azadlıqları, dövlətlərin müstəqilliyini aradan aparmağa çalışarlarsa, buna qarşı bir müdafiə bloku yaransın. Bəşəriyyatin sabitliyini təmin eləsinlər.Bugün Qarabağ məsələsi artıq transmilli təhdiddir və bunu hər kəs etiraf etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00