"ABŞ Qarabağı Ermənistana verməyə çalışır"
Deputatlar Rusiyanı münaqişə ocaqları yaratmaqda ittiham edib
17 İyun 2014 15:31 Siyasət"ABŞ Krımın işğalının qarşını ala bilərdi. Gürcüstanda baş verən hadisələr zamanı ABŞ onu müdafiə etmədi". Bunu millət vəkili Qüdrət Həsənquliyev NATO PA-nın Bakıda keçirilən seminarında söyləyib. O, qeyd edib ki, ABŞ bundan sonra Qarabağı Rusiyanın əli ilə Ermənistana verməyə çalışır: "ABŞ-ın lideri zəifdir. Obama nə qədər qorxaq olsa da onun siyasəti düşünülmüş olur. Rasmmussen NATO-nun axırıncı iclasında bəyan etdi ki, hərbi xərclər atırılmalıdır. Amma buradakı məruzəçilər Azərbaycanı kütləvi silahlanma ilə tənqid edirlər. 20 faiz torpaqları işğal olunan bir ölkə əlbəttdə silahlanacaq". Millət vəkili Fərəc Quliyev isə Rusiyanın süni şəkildə dünyada münaqişə ocaqları yaratdığını söyləyib. Onun sözlərinə görə, Rusiya Krımda çox pis bir ənənə qoydu. "Guya statusu müəyyənləşdirmək məqsədi ilə referendum keçirdi. Ölkənin bir hissəsində baş tutan referendum Krımın taleyi həll etdi. Qarabağ məsələsində də NATO referendum mələsini irəli sürərərsə bunun nəticəsi Krımdakı kimi olacaq". Millət vəkil Zahid Oruc isə Krımda baş verən bütün hadisələrin başında Rusiya prezidenti Vladimir Putinin durduğunu və Avropanın Putini tanımasının vacibliyini qeyd edib: "Biz heç bir xalqın faciəsini arzu etmirik. Hazırda Lavrov Bakıdadır. Keçmiş sovet məkanında olan xalqlar Rusiyanın Krımı işğalına etiraz etməyiblər".