ABŞ-ın ixrac etdiyi inqilabların xalqlara verdiyi “töhfələr”
Bu Vaşinqtonun nüfuzunu aşağı salır
13 İyun 2014 19:13 SiyasətBəşəriyyətin güc mərkəzləri dünyanın yeni siyasi xəritəsini müəyyən etmək istiqamətində mübarizəni davam etdirilər. Belə fövqəldövlətlər sırasında ABŞ-ın canfəşanlığı xüsusilə sezilməkdədir. Təəssüf ki, dünyanın nizamını müəyyən etmək istəyində olan dövlətlər üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə dövlət maraqlarını üstün tutrlar. Belə ki, 1990-cı illərdən bərqərar olmuş birqütblü dünya nizamı yeganə geosiyasi fövqəlgüc olan ABŞ-ın dünya xalqları qarşısında məsuliyyətini artırmalıdır. Amma reallıqda bunun əksini müşahidə edirik. Bu ölkənin strateqləri dünya imperiyası qurmaq yolunda hər cür metod və vasitələrə əl atmağı məqbul bilirlər. Elə bu məqsədlə də ayrı-ayrı ölkələrdə dini və milli zəmində münaqışə ocaqlarının yaranmasında həvəsli görünürlər. Xüsusən ABŞ-ın xarici siyasətini müəyyən edən ideoloqlar heç bir ölkənin milli və dövlət maraqlarını nəzərə almadan öz iradələrini yeritmək yolunu tutblar. ABŞ 2001-ci il sentyabr hadisələrindən sonra heç bir beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların sənədlərinə, hətta BMT-nin qətnamələrinə məhəl qoymadan özünü açıq şəkildə Cdünya jandarmı" kimi aparmağa, legitim rejimləri əvvəlcə işğal yolu ilə, sonra isə "narıncı inqilablar" və "xalq üsyanları"(Qırğızıstanda ikiseriyalı zanbaq inqilabı, "ərəb baharı", Ukrayndakı Maydan hadisələri və hələ ki məqsədinə nail olmamış Türkiyədəki Gezi hadisələri) yolu ilə devirməyə başladı. Lakin, etiraf edək ki, sadalanan çevrilişlər ölkələrə heç də ucuz başa gəlmir, onların yenidən dirçəlib inkişaf etməsi üçün xeyli vaxt tələb olunur. Belə "inqilablar"ın xalqlara nəyə başa gəldiyini anlamaq üçün Əfqanıstan, Liviya, İraq, Suriya, Ukrayna,Tunis və Misirdəki son vəziyyətə nəzər salmaq yetərlidir. "İraq Şamın İslam Dövləti" deyilən qurumun İraqdakı son "zəfər yürüşü", İraq və Suriya ərazisində həm konfessional-məzhəb, həm də etnik zəmində de-fakto yeni dövlətlərin qurulması, Liviyanın bölünmə planının işə salınması, Sudanda bu planın tam başa çatması "dünya jandarmı" rolunun uğursuz ifasının necə fəsad verdiyini göstərir. Lakin, etiraf edilməlidir ki, beynəlxalq hüquq və öhdəliklərə belə etinasız münasibət çox zaman özünün də əleyhinə çevrilir. Belə ki, özünü İŞİD adlandıran, İraq və Suriyada məzhəb zəminində dövlət quracağını açıqlayan qurum əslində uzun illər ərzində ABŞ-ın Pakistan və Sovet İttifaqı əleyhinə istifadə etdiyi" əl-Qaidə"nin uzantısıdır. İraqda amerikan işğalı əleyhinə döyüşdüyünü apardığını iddia etsə də, qəribədir ki, bu qrup Suriyada məhz ABŞ-ın ciddi dəstəyi ilə Bəşər Əsəd əleyhinə mübarizə aparırdı. Qrupa üçüncü ölkələrdən muzdlular cəlb edilməsi də Suriyada baş verdi. Açıqlanmış rəqəmlərə görə Türkiyədən bu qurumun ordusuna "verbovka" olunmuşların sayı 4 min nəfəri ötüb, Qafqazdan, Avropadan cəlb olunmuşların ümumi sayı da minlərlə ölçülür. Beləliklə, ABŞ-ın seyrçiliyi, gizli dəstəyi ilə Yaxın Şərqdə dəhşətli bir məzhəb qarşıdurması qızışdırılır. Qeyd edək ki, ABŞ-ın müsəlman dövlətləri ilə bağlı siyasəti birmənalı qəbul edilə bilməz. Ona görə ki, bu dövlətin müsəlman ölkələrinə qarşı açıq ikili standartları həm də onların ərazi bütövülyünə münasibətdə özünü göstərir. Suriyada vətəndaş müharibəsi nəticəsində tam unudulmaqda olan Colan təpəlikləri zonası ilə bağlı beynəlxalq hüququn heç bir tələbinin işləməsinə imkan verilməməsində də özünü göstərir. Ərazi bütövlüyü kimi beynəlxalq hüququn təməl prinsipinin işləməsinə qarşı isə BMT -nin daimi üzvü olan bir ölkənin-ABŞ-ın vetosu işə salınır. Məhz ABŞ BMT-də ərazi bütövlüyümüzlə bağlı səsvermədə neytral qalsa da, Gürcüstan və Ukrayna ilə bağlı müzakirələrdə birmənalı mövqe tutmuşdur. Dünyanın hər hansı ölkəsində deyil, məhz ABŞ-da qondarma "Dağlıq Qarabağ" rejimin nümayəndəliyi fəaliyyət göstərir, qondarma rejim üçün xeyriyyə marafonları təşkil olunur, həmin rejimin rəhbərləri də bu marafonlrada iştirak edirlər. ABŞ neytral qaldığı ərazi bütövlüyümüzün pozulması faktı kimi meydan çıxmış "Dağlıq Qarabağ" birbaşa maliyyə yardımları ayırır. "Dünya jandarmı"nın rəsmi və qeyri-rəsmi qurumları Kubadan işğal yolu ilə qoparılmış ərazilərdə qurulmuş Quantanamo həbsxanasında əksər hallarda dərilərinin rənginə, oxuduqları kitabların məzmununa və ya saqqallarının ölçülərinə görə saxlanan məhkumlara qarşı törədilən vəhşiliklərdən, dünya boyunca qurulmuş gizli məhbəslər şəbəkəsindən, ölüm hökmlərinin icra səviyyəsinə görə Çin və İranla eyni sırada durmasından danışmağı sevmirlər. Sosial şəbəkələrdə yazılmış fikirlərə görə həbslər, "ərəb baharı"ndan daha əvvəl başlamış və hələ də avtoşoklarla davam edən "Uol Striti zəbt et" kampaniyasının amansızcasına yatırılması, fərqli bir din yaratdığını elan edən 80 nəfərin polisin "təsadüfi" hücumu nəticəsində yandırılması da sanki bu ölkənin reallığı deyil. ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu, strateji tərəfdaş kimi təqdim etmişdir.Yuxarıdan aşağıya doğru ABŞ rəsmiləri beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını xüsusi qeyd etmişlər. Amma təəssüf ki, bu ölkənin ikili standart siyasəti Azərbaycanla bağlı açıqlanan hesabatlar da özünü göstərir. Hesabatlrda əks olunan "faktlar"ın toplanması mexanizmi də heyrətamizdir. Bu "faktları" təqdim edən "QHT-insan hüquqları müdafiəçisi-xalq diplomatı "şəbəkəsi-bir sözlə, "5-ci kolon" isə məhz ABŞ-ın və digər Qərb dövlətlərinin maliyyəsi ilə formalaşmışdır.Təkcə Demokratiyaya Dəstək Fondu(NED) 2003-2014-cü illərdə" 5-ci kolon" hazırlamaq işinə 3.5 milyon dollar sərmayə yatırıb. 78 qrant şəklində həyata keçirilmiş bu "demokratiya"(kəşfiyyat) investisiyası eyni adlara gedir. Hesabatlarda, dinləmələrdə də onların statistikalarına istinad edilir. Beləliklə də, qapalı dairə alınır: özünə uyğun rəqəmlər, analizlər hazırlayan şəbəkə yetişdirirsən, sonra da bu şəbəkənin (dez)infornmasiyaları əsasında bir ölkə haqqında rəy yaratmağa çalışırsan. Elə bu səbəbdən də digər müsəlman ölklərində olduğu kimi Azərbaycan ictimai rəyində də ABŞ-a rəğbət sürətlə aşağı düşür. ABŞ-da mənzillənmiş Gellup, PEW və digər sorğu mrəkəzlərinin açıqladığı anketlər bəzən rəsmi Vaşinqtonda etirazla qarşılanır, hətta Türkiyə rəsmiləri ilə görüşlərdə türk ictimaiyyəti arasında antiamerikan ovqatın genişlənməsi ilə bağlı narazılıqlar da ifadə olunmuşdu. Amma unutmaq olmaz ki, ABŞ-ın "5-ci kolon"dan aldığı dezinformasiyalar əsasında təqdim etdiyi Azərbaycanla real Azərbaycan arasındakı uyğunsuzluğu görəndən sonra ölkəmizin ictimai rəyinin ABŞ-a və müvafiq institutlarına inamı daha da azalacaq.
Nurlan