Səbailli gənclər Milli Qurtuluş gününü hərbi liseydə qeyd ediblər

Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələri rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə olublar. Liseyin akt zalında keçirilən tədbirdə C.Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov  C.Naxçıvanski adına hərbi liseyin yaranması və fəaliyyəti,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda  əldə olunub nailiyyətlərdən danışıb Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əvvəlcə tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır. Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib. Sonra Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinqin keçirilmiş, təhsildə fərqlənən bir qrup kursant, qabaqcıl müəllim və zabitlər RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00