Müdafiə Nazirliyi şayiələrə aydınlıq gətirdi

Qurum mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib

Hərb  Müdafiə Nazirliyi Naxçıvanın ermənilər tərəfindən atəşə tutulması barəsində yayılan xəbərlərlə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Düşmən atəşkəs rejimini pozduqda cavab atəşi ilə susdurulur. Atəşkəs rejiminin pozulması haqqında gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilir",- deyə Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Naxçıvanın erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması ilə bağlı məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə hətta erməni hərbi birləşmələri tərəfindən Naxçıvanda yerləşən bəzi yüksəkliklərin ələ keçirildiyi də bildirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00