Siyavuş Novruzov: “Erməni deputatlar NATO-nun Bakıdakı tədbirinə gələ bilərlər”

Bakıda keçiriləcək "Rose Roth" seminarında NATO üzvləri və bu təşkilata assosiativ üzv olan bütün dövlətlər dəvətlidir". Bunu Modern.az-a NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycan öz tərəfindən bütün dövlətlərin həmin tədbirdə iştirakına təminat verir. Siyavuş Novruzovun sözlərinə görə, Ermənistan NATO PA-nın assosiativ üzvü olduğundan Bakıda keçiriləcək tədbirdə iştirak edə bilərlər: "Tədbirə onlar da dəvətlidir. İştirak edib-etməmələri isə artıq onların özü və NATO Parlament Assambleyasının rəhbərliyi tərəfindən müəyyən olunacaq".

Qeyd edək ki, iyunun 16-18 də Bakıda NATO PA-nın "Rose Roth" adlı seminarı keçiriləcək. Ermənistanın hakim Respublika Partiyasının nümayəndəsi Koryun Naapetyan isə bildirib ki, tədbirdə ermənilərin də deputat qrupu iştirak etmək niyyətindədir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00