Ermənilər Azərbaycan ərazilərinə od vurdular
8 İyun 2014 12:35 SiyasətErmənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində dünən törətdiyi yanğın gecə saatlarında da müşahidə olunub.Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, erməni hərbiçiləri iyunun 7-də günün ikinci yarısından etibarən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin sahələrinə od vurublar. Gecəyə doğru yanğın neytral əraziyə yayılaraq işğal olunmuş Şıxlar kəndinin ərazilərinə qədər genişlənib. Alovun təmas xəttini keçməsi və cəbhəyanı yaşayış məntəqələrinə zərər vurması faktı qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00