“Ukrayna-Rusiya sərhədləri bağlanıb əməliyyatlar başlana bilər” - FİKİR
Qabil Hüseynli: “Sərhədlər bağlanandan sonra seperatçıların Rusiyadan aldığı bütün yardımlar kəsiləcək”
6 İyun 2014 14:26 SiyasətUkrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Donbas və Luqansk vilayətləri ilə həmsərhəd ərazilərdə Rusiya ilə sərhədin bağlanmasını istəyib. Turçinov bunu antiterror əməliyyatlarının başlıca elementi adlandırıb. Turçinov əlavə edib ki, sərhədlərin bağlanması terrorçuların əl-qolunu bağlayardı. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Ukrayna-Rusiya sərhədlərinin bağlanıb Şərq regionlarında anti-terror əməliyyatlarının başlanması mümkündür. Lakin Q.Hüseynli belə bir ehtimalın az olması qənaətindədir. Qabil Hüseynlinin sözlərinə görə, Ukrayna indiyədək digər ölkələrlə təmas xətlərində sərhəd zastavaları qura bilməyib. Yalnız müəyyən gömrük məntəqələrinə yaxın yerlərdə zastavaların yaradıldığını deyən politoloq qeyd edib ki, indisə söhbət Ukrayna-Rusiya sərhədlərinin tamamilə bağlanmasından gedir: "Sərhəd Qoşunların formalaşdırılması nəzərdə tutulur. Ukrayna hökuməti ölkədə sabitliyin yaranması üçün birinci ölkə sərhədlərinin möhkəmlənməsinə diqqət etməlidir. Sərhədlər bağlanandan sonra seperatçıların Rusiyadan aldığı bütün yardımlar kəsiləcək. Bundan sonra seperatçı qüvvələrin təsim edilməsi, ya da səmərəli mübarizənin təşkil edilməsi asanlaşacaq". ("OLAYLAR İA")