Sergey Lavrovun Azərbaycan açıqması Ermənistanı narahat edib
6 İyun 2014 12:29 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrovun "Azərbaycan Rusiyanın Transqafqazda strateji portnyorudur" açıqlaması Ermənistanı narahat edib. Lavrovun bu açıqlaması erməni mediası, Ermənistanın hakim Respublikaçılar Partiyasının ciddi narazılığına səbəb olub. Erməni mətbuatı yazır: "Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olan Ermənistanla müqayisədə Rusiyanın Azərbaycana qarşı münasibətləri daha səmimi görünür. Hakimiyyətin Moskvanın bütün istəklərini yerinə yetirməsinə baxmayaraq Ermənistanın Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyi hiss olunur". Məsələ ilə əlaqədar yerli mətbuata açıqlama verən hakim partiyadan millət vəkili Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Artak Zakaryan isə Lavrovun bu açıqlamasını qısqanclıqla qarşılayıb. Zakaryanın sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olub. Zakaryanın sözlərinə görə, iki ölkə arasındakı əlaqələr regionda sülhün inkişafına dəstək verəcək". Mətbuat isə qeyd edir ki, Rusiyanın Azərbaycanı regionda yeganə strateji portnyoru kimi baxması Ermənistanı ciddiyə almamasıdır. ("OLAYLAR İA")