Hollandiya ermənilərindən daha bir həyasızlıq
5 İyun 2014 18:16 SiyasətHollandiyanın Almelo şəhərində qondarma erməni soyqırımına abidə qoyulmasına etiraz əlaməti olaraq bu ölkədə yaşayan Azərbaycan və Türk icmalarının keçirdiyi mitinq ermənilər arasında ciddi narahatçılıq yaradıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Hollandiyadakı Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın deyib ki, Hay Tad Nederland Təşkilatı (Ədalet ve Demokratiya Naminə Hollandiya Erməni Komitesi) mitinqin təşkilatçılarının cəzalandırlması məqsədilə bu ölkənin müvafiq qurumlarına müraciət ünvanlayıb: "Məktubda iddia edilir ki, bir neçə gün əvvəl bizim keçirdiyimiz mitinq Yahudi Holokostunu inkar edən Neo-Nasistlər tərəfindən təşkil edilən aksiyalar bənzəyir. Hay Tad Niderland Təşkilatı Hollandiya Ədliyyə Nazirliyi və Hollandiya Hökumətindən mitinqi təşkil edən təşkilatlara qarşı ölçü götürməyi tələb edib.