Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib
5 İyun 2014 18:09 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin vaxtı müəyyənləşib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. O, S. Lavrovun iyunun 17-18-də Bakıda səfərdə olacağını söyləyib. A. Lukaşeviç deyib ki, S. Lavrov Azərbaycan rəhbərliyi və xarici işlər naziri ilə görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, eləcə də regionda təhlükəsizlik problemləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00