Sergey Narışkin: “Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır”

Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu RF Dövlət Dumasının sədri Sergey Narışkin Moskvada Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşü zamanı deyib. S.Narışkin qeyd edib: "Əminik ki, biz parlamentarilər bu işə öz töhfəmizi əlavə edə bilərik". Onun sözlərinə görə, parlamentlərarası qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında mövcud olan böyük siyasi dialoqun bir hissəsidir: "Parlamentlərarası qarşılıqlı fəaliyyət bütün sahələrdə - siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq üçün belə rahat ab-hava yaradır". O.Əsədov bildirib ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. "Əminəm ki, belə səfərlər, görüşlər parlamentlərarası əlaqələri inkişaf etdirməyə imkan verir".

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri artıq strateji tərəffdaşlıq səviyyəsinə yüksəlib.

Spiker xatırladıb ki, iyunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfərləri planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00