G7 sammiti öz işinə başlayıb
Sammitdə xarici siyasət, dünya iqtisadiyyatı və s. müzakirə olunacaq
5 İyun 2014 09:48 SiyasətÇərşənbə axşamı Brüsseldə G7 ölkələrinin görüşü başlayıb.ANS PRESS-in məlumatına görə, iki gün davam edən sammitdə xarici siyasət, dünya iqtisadiyyatı, enerji və iqlim siyasəti ilə inkişaf, eləcə də Ukraynadakı vəziyyət səbəbilə Rusiya ilə əlaqələrin müzakirə olunması gözlənilir.ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri Ceyms Kameron, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliya baş naziri Matteo Renzi, Yaponiya baş naziri Şinzo Abe və Kanada baş naziri Stefen Harper, Avropa Komissiyası binasında təşkil edilən zirvədə iştirak etmək üçün ötən gün paytaxt Brüsselə gediblər. Liderlərə Aİ Komissiyası sədri Xose Manual Barroso və Aİ Şurasının sədri Herman Van Rompuy yoldaşlıq edib.Qeyd edək ki, zirvə toplantısının G8 sammiti olaraq Rusiyanın Soçi şəhərində təşkil edilməsi planlanlaşdırılsa da, Moskvanın mart ayında Krımı ilhaq etməsindən sonra Rusiya öz üzvlüyünü itirib və G8 sammiti G7 ilə əvəz edilib.