“Əyalətlərdə seçicilər qutulara alt paltarı atırdılar” - AÇIQLAMA

Qabil Hüseynli: “Əsədin legitimliyinin dünya dövlətləri tərəfindən tanınmamsı Suriyada vətəndaş müharibəsini daha da qızışdıracaq”

Politoloq Qabil Hüseynli prezident seçkisindən sonra Suriyada yaranacaq vəziyyəti dəyərləndirib. Q.Hüseynli hesab edir ki, Suriyada prezident seçkisi keçirilməyib. Politoloq fikrini ölkə ərazisinin 70%-də vətəndaş müharibəsinin baş verməsilə əlaqələndirib. Paytaxt Dəməşq və ətrafında silahlı qarşıdurmanın hələ davam etdiyini deyən politoloqun sözlərinə görə, seçkinin keçirilməsi üçün Suriyada normal ictimai-siyasi mühit yox idi: "Haqlı olaraq dünyada Suriya seçkilərini "demokratiya parodiyası" adlandırırlar. Bu seçki Bəşər Əsədin hakimiyyətini kökündən tamamilə laxlatdı. İqtidarının qeyri-legitimliyini ciddi surətdə ortaya çıxardı. Prosesdə əhalinin böyük əksəriyyəti iştirak etmədi. Əyalətlərdə seçicilər qutulara köhnə ayaqqabı və alt paltarlarını atırdılar. Bu nöqteyi-nəzərdə Bəşər Əsədin hakimiyyətdə qalmağa dirəniş göstərməsi Suriya dövləti və xalqı üçün heç də yaxşı şey vəd etmir. Əgər ölkədə siyasi müxlifət tapılıb irəli çəkilməklə Əsəd istefa versəydi bu daha yaxşı nəticələr ortaya qoyacaqdı. Əvvəlcədən öyrədilmiş iki namizədlər yox, normal qayada bir neçəsi ilə seçki baş tutsaydı və xarici müşahidəçilər dəvət olunsaydı, Əsəd üçün də yaxşı olardı. Seçkiləri Venesuela və Rusiyadan başqa heç bir dövlət tanımayıb. Əsədin legitimliyinin dünya dövlətləri tərəfindən tanınmamsı Suriyada vətəndaş müharibəsini daha da qızışdıracaq. Ölkənin siyasi perspektivinə böyük ziyan gətirəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00