Anar Məmmədov Beynəlxalq Məsləhətçilər Şurasına üzv seçilib

Bir müddət əvvəl "Garant Media Holding" və nüfuzlu Milli Coğrafiya Cəmiyyəti (National Geography Society) arasında bütün dünyada məşhur National Geogprahic jurnalının Azərbaycanda nəşri haqqında saziş imzalanıb. Həmin razılaşma sayəsində, artıq hər bir azərbaycanlı oxucu planetimizdə baş verən hadisələr, ekologiya, təbiətlə daha yaxından və ən əsas da öz doğma dilində tanış olacaq. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Anar Məmmədov öz facebook statusunda yazıb. Bildirib ki, National Geopgraphic jurnalının Azərbaycanda dərc olunması istiqamətində həyata keçirdiyimiz tədbirlər, bu məqsədlə atılmış xeyriyyə xarakterli addımlar Milli Coğrafiya Cəmiyyətinin diqqətindən yayınmayıb: "Belə ki, mən 2013-cü ildən Milli Coğrafiya Cəmiyyətinin nəzdində fəaliyyət göstərən, məqsədi insanları planetin qayğısına qalmaq üçün ruhlandırmaq naminə xeyriyyə fəaliyyəti ilə fərqlənən təsisçilər arasından 60 üzvün aşkarlanması və müəyyənləşdirilməsindən ibarət olan Beynəlxalq Məsləhətçilər Şurasına üzv seçildim. Düşünürəm ki, bir azərbaycanlının belə mötəbər qurumda təmsil olunması təkcə mənim deyil, bizlərin hər birimizin uğurudur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00