“Rusiyanı dayandırmaq üçün neftin qiyməti ucuzlaşdırılmalı idi” - FİKİR

Nurəddin Məmmədli: “Məncə, nəzərdə tutulan digər vasitələr önəmli nəticələrə səbəb olmayacaq”

"Ukrayna böhranı başlayanda Rusiyanı öz sərhədləri daxilində saxlamağın yeganə yolunun dünya bazarında neftin və qazın qiymətinin aşağı salınması olduğunu demişdim" - AXCP sədrinin müavini Nurəddin Məmmədli ABŞ-ın Rusiya siyasətini dəyərləndirərkən belə deyib. N.Məmmədli qeyd edib ki, ABŞ-ın özəl kəşfiyyat şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" kimi tanınan "Stratfor"un direktoru, Corc Fridman da Rusiya prezidenti Vladimir Putinin işğalçı siyasətini durdurmağın yolunu neftin və qazın qiymətini öldürməkdə görür. Məncə, nəzərdə tutulan digər vasitələr önəmli nəticələrə səbəb olmayacaq". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00