Azərbaycan Gənclərinin VII Forumu başa çatdı

Heydər Əliyev Sarayında yekun iclası keçirilib

 Dünən öz işinə başlayan Azərbaycan Gənclərinin VII Forumu başa çatdı.  Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VII Forumunun yekun iclası keçirilib. İclasda ötən Forumdan keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurlardan danışılıb, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunmuş, təkliflər səsləndirilib. Yekun iclasında qətnamə və Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.

2 minədək gəncin bir araya gəldiyi forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, tələbə gənclər təşkilatlarının sədrləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycan Gənclərinin VII Forumu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00