Prezidentlər bəyanatla çıxış etdilər
Bəyanat geniştərkibli görüşdən sonra səslənib
2 İyun 2014 14:54 SiyasətAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin təkbətək görüşü olub. Rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. ans