Sərkisyan işğal olunmuş torpaqlarla Avrasiya İttifaqına daxil olmaq istəyir
30 May 2014 16:03 Siyasət"Serj Sərkisyan işğal olunmuş torpaqlarla Avrasiya İttifaqına daxil olmaq və ölkəsində qəhrəmana çevrilmək istəyir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Razi Nurullayev deyib ki, Ermənistanın Avropadan üz döndərməsi heç də ermənilərin əksəriyyəti tərəfindən dəstəklənməyib: "Bu narazılığı Dağlıq Qarabağla birliyə daxil olaraq kompensasiya etmək istəyir. Amma, təbii ki, nə Qazaxıstan, nə də Belarus bu addıma razılıq verməyəcək. Çünki, Putin onlara əmr edə bilməz ki, onlar buna razılaşsınlar. Elə buna görə də Ermənistana vaxt verildi ki, düşünsün. Çünki, Sərkisyan Dağlıq Qarabağsız birliyə girməyin vacibliyinə ictimai rəyi hazırlamalıdır". Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağı Azərbaycana o zaman qaytarar ki, Azərbaycan tam olaraq Avropadan imtina edərək Rusiyanın tərəfinə keçsin: "Bu isə real görünmür. Azərbaycan asanlıqla Avrointeqrasiya və Qərbdən imtina edə bilməz. Çünki, neft və qaz boruları onu az qala qırılmaz tellərlə Qərbə bağlayıb. Azərbaycan təzədən borularının çətin ki, Rusiyaya çevirə".