Hollandiyada “Respublika Günü” qeyd olunub

Niderlandda fəaliyyət göstərən Hollandiya Türk Federasiyası (HTF) hər zaman Azərbaycana olan sonsuz sevgisi ilə seçilib

Mayın 28 - də HTF - yə bağlı, Niderlandın Den-Haaq şəhərində fəaliyyət göstərən Türk İslam Vakfında Azərbaycanın "Respublika Günü"nə həsr olunmuş tədbirin təşkili də məhz bu sevgidən qaynaqlanırdı. BayMedianın məlumatına görə, Tədbir təşkilatın geniş salonlarından birində təşkil edilib. Niderlandın müxtəlif yerlərində yaşayan, qəlbində Azərbaycan, Türk dünyası sevgisi olan, Azərbaycan və Türkiyə kökənli insanlar zalı doldurublar. ADR - in yaranmasını anlatmaq üçün HTF - tərəfindən çıxıçı olaraq Niderlandda yaşayan Azərbaycan kökənli jurnalist Vüqar Abbasov dəvət olunub. Çıxışçı ADR - lə bağlı görüntlülü təqdimat edib, həmən illəri zala toplaşanlara anlatmağa çalışıb. Daha sonra toplantıya qısa fasilə verilib. Fasilədən dərhal sonra kürsüyə çıxan HTF - nin genəl başqanı Murat Gedik olduqca gözəl və məzmunlu bir çıxış edib. O, çıxışında türklərin tarixindən tutmuş ADR yarandığı tarixə qədər geniş bir mövzunu əhatə edib. Qafqaz İslam Ordusunun Bakını ermənilərdən azad edilməsini, Əhməd Cavadın yaradıcılığından, "Çırpınırdı Qara dəniz"in yaranmasını və.s. Murad bəyin dilindən dinləmək ayrı bir həyacan, ayrı bir zövq idi. Daha sonra ölkələrimizin bu günlərə gəlib çıxmasına zəhmətləri keçən, bunun uğrunda şəhid olanların ruhuna dua oxundu. Tədbirin sonunda HTF - nin genəl başqanı Murat Gədik çıxışçı jurnalist Vüqar Abbasovu hədiyyə paketi ilə ödülləndirdi. Vüqar Abbasov da öz növbəsində HTF - nin genəl başqanı Murat Gediyə Azərbaycan bayrağı hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00