ATƏT PA-nın illik sessiyasının Azərbaycanda keçirilməsi böyük siyasi hadisədir

 "ATƏT PA-nın illik sessiyasının Azərbaycanda keçirilməsi böyük siyasi hadisədir. ATƏT-ə qoşulduğumuz son 22 ildən bu yana ilk dəfədir ki, Azərbaycan ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org. az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səsləndirib. Bildirib ki, bu fakt  Azərbaycanın artıq beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in etibar etdiyi ölkə olmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, ölkəmizdəki inkişaf, sabitlik, tolerantlıq mövcuddur: "Bu da ATƏT PA-ya imkan verir ki, tərəddüd etmədən özünün illik sessiyasını Azərbaycanda keçirsin. Eyni zamanda,  Azərbaycan ATƏT çərçivəsində gedən proseslərdə aktiv rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00